Mədəniyyət
Nizaminin “Leyli və Məcnun”u Türkiyə türkcəsində nəşr olundu
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Türkiyə türkcəsində nəşr olunub.
Bu barədə Kult.az-a Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Məlumata görə, əsərin orijinaldan Türkiyə türkcəsinə tərcüməsi Türkiyənin Atatürk Universitetinin professoru, tanınmış tərcüməçi Nimet Yıldırım tərəfindən həyata keçirilib.
Yeni nəşr 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təqdim olunacaq.
Qeyd edək ki, klassik Azərbaycan ədəbi irsinin təbliği məqsədilə indiyədək “İsgəndərnamə” və “Sirlər Xəzinəsi” əsərləri də Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunub.
Mənbə
axar.az