Mədəniyyət

Kirxa kimi inşa olunan əzəmətli bina - Kamera və orqan musiqisi zalından REPORTAJ

09 Dec 2025, 15:16 1 baxış
Kirxa kimi inşa olunan əzəmətli bina - Kamera və orqan musiqisi zalından REPORTAJ
Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalının binası Bakıdakı memarlıq abidələrinin sırasında xüsusi yer tutur. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, tarixi sənədlərə istinadən XIX əsrin ortalarında neft bumu səbəbilə Bakıya alman və İsveçrə mənşəli insanların axını müşahidə olunurdu. Onlar dini mərasimlərinin keçirilməsi məqsədilə Bakıda öz kilsələrini inşa etmək qərarına gəlirlər. 1896-cı ilin mart ayında 24 yaşlı memar Adolf Eyxler tərəfindən İncilçi-Lüteran kilsəsinin (Kirxa) bünövrəsi qoyulur və 1899-cu ildə dini ibadət yeri kimi istifadəyə verilir. Kilsənin tikintisinə Nobel qardaşları da dəstək verir və bu səbəbdən binanın açılış mərasimində Bakının qubernatoru ilə birgə Emmanuel Nobel də iştirak edir. 1900-cü ildə isə kilsədə orqan quraşdırılır və ilk konsert təşkil olunur. Sovet dövründə bir çox digər dini obyektlərlə yanaşı Kirxanın da fəaliyyəti dayandırılır, müəyyən müddət bu tarixi bina sökülmək təhlükəsi ilə üzləşir. 1989-cu ildə isə Nazirlər Kabinetinin qərarı ilə "Kamera və orqan musiqisi zalı" adlandırılaraq Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə verilir. Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalından fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər