Siyasət

Azərbaycanlı deputatın bibisi həbs edildi

06 Dec 2025, 14:21 1 baxış
Azərbaycanlı deputatın bibisi həbs edildi

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi bölgələrdə keçirdiyi əməliyyatlarda 5 vəzifəli şəxsi korrupsiya ittihamı ilə həbs edib.


Axar.az Bakupost.az-a istinadla xəbə verir ki, həbs edilənlər arasında Marneulidəki 4 saylı orta məktəbin direktoru Dilara Darğallı da var. Onun vətəndaşdan 300 dollar rüşvət tələb etdiyi iddia olunub.


Gürcüstan DTX-nin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze həbslərlə bağlı açıqlamasında faktla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə istintaq aparıldığını deyib.


Qeyd edək ki, Dilara Darğallı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Zaur Darğallının bibisidir.

Mənbə axar.az

Oxşar Xəbərlər