Siyasət

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

06 Dec 2025, 14:30 1 baxış
Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Qətərdə keçirilən “Doha Forumu” çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər Əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Əhməd əl-Misnadla görüşüb.


Axar.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün X hesabında məlumat verib.


“Bu gün Qətər əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, qardaşım Əhməd əl-Misnadla görüşdüm. İkitərəfli əlaqələri, eləcə də regional və beynəlxalq yenilikləri müzakirə etdik”, - Hikmət Hacıyev qeyd edib.

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü
Mənbə axar.az

Oxşar Xəbərlər