Siyasət
Hikmət Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər əmirinin milli təhlükəsizlik üzrə müşaviri Məhəmməd bin Əhməd Əl-Misnəd ilə görüşüb. Oxu.Az-ın xəbərinə görə, Hikmət Hacıyev bu barədə öz "X" hesabında paylaşım edib. "Bu gün qardaşım, Qətər əmirinin milli təhlükəsizlik üzrə müşaviri Məhəmməd bin Əhməd Əl-Misnəd ilə görüşdüm. Biz ikitərəfli münasibətləri, eləcə də regionda və beynəlxalq arenada baş verən hadisələri müzakirə etdik", - deyə o bildirib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər