Siyasət
ABŞ-nin Ankaradakı səfiri: "Türkiyə-Azərbaycan enerji dəhlizi region üçün perspektivlər açır"
"Suriya ilə Türkiyə, eləcə də Türkiyə ilə Azərbaycan arasında enerji dəhlizi gələcəkdə olduqca gəlirli ola bilər". Oxu.Az Milken İnstitutuna istinadən xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barak institutun beyin mərkəzi tərəfindən təşkil edilən Yaxın Şərq və Afrika Zirvə toplantısında bildirib. O, Türkiyə ilə əlaqələrin Azərbaycan və Ermənistan üçün mühüm rol oynadığını vurğulayıb. Diplomatın sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh imzalandıqdan sonra Ermənistan-Türkiyə sərhədinin açılmasına ümid yaranacaq. "Xəzər dənizindən Aralıq dənizinə marşrutun uzadılması bütün regional enerji məsələlərinin həllinə yol açacaq", - deyə Barak qeyd edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər