Siyasət

Metronun "28 may" stansiyasında qatar TÜSTÜLƏYİB? - Sərnişinlər DÜŞÜRÜLDÜLƏR

05 Dec 2025, 23:44 1 baxış
Metronun "28 may" stansiyasında qatar TÜSTÜLƏYİB? - Sərnişinlər DÜŞÜRÜLDÜLƏR
Bakı metropoliteninin "28 May" stansiyasında sərnişinlər vaqonlardan düşürülüblər. Sərnişinlərin Oxu.Az-a verdiyi məlumata görə, buna səbəb stansiyada hərəkət etmək istəyən qatarda tüstülənmənin baş verməsi olub. Bildirilir ki, tüstülənmə yeni nəsil qatarda baş verib. "Bakı Metropoliteni" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, saat 22:58-də qatarın idarəetmə panelində texniki nasazlıq qeydə alınıb: "28 May" stansiyasında sərnişinlər düşürülüb və qatar "Nizami" stansiyasından texniki baxış üçün "Nərimanov" elektrik deposuna göndərilib".
Məhərrəm Əliyev
Metronun "28 may" stansiyasında qatar TÜSTÜLƏYİB? - Sərnişinlər DÜŞÜRÜLDÜLƏR
Mənbə oxu.az

Oxşar Xəbərlər