Siyasət

Hikmət Babaoğlu: "Doğru olmayan statistika ilə cəmiyyəti manipulyasiya edənlər üzr istəməlidirlər"

05 Dec 2025, 22:24 1 baxış
Hikmət Babaoğlu: "Doğru olmayan statistika ilə cəmiyyəti manipulyasiya edənlər üzr istəməlidirlər"
"Doğru olmayan statistika ilə cəmiyyəti manipulyasiya edənlər ya üzr istəməlidir, ya da siyasi fəaliyyətlərinə yekun vurduqlarını elan etməlidirlər". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, ideoloji məsələlərdə radikal müxalifət cəmiyyətin fikrini manipulyasiya etdiyi kimi, statistik rəqəmlərdə də insanları aldatmağa çalışır: "Faktlara söykənməyən rəqəmlər söyləməklə onlar həm Azərbaycan cəmiyyətini, həm də öz elektoratlarını aldadırlar. Bu, siyasi əxlaq baxımından da doğru deyil. Belə təfəkkürə sahib olan şəxslər heç vaxt siyasi uğur qazana bilməzlər. Radikal müxalifət seçki ərəfəsində seçicilərin sayını azaltmaqla cəmiyyəti aldatmağa çalışırdı. Amma rəsmi məlumatlardan bəlli olur ki, Rusiyada yaşayan azərbaycanlıların sayı 240-250 mindir. Bu cür yanlış fikirlər Azərbaycanın milli şüurunu və demokratik ruhunu zədələyir". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər