Mədəniyyət

Məhsəti və nazir qızı

05 Dec 2025, 19:44 1 baxış
Məhsəti və nazir qızı
Kubra Məhərrəmova yazır... Eşq də gözəldir, aşiq olmaq da. Sevmək də, sevişmək də. Amma və lakin bu, çox incə və xüsusi məqamdır. Bunu ortaya atmaq və bununla manipulyasiya etmək sənət deyil. Bunu göstərmək də. İndi deyəcəksiniz ki, "bəs əcnəbilər göydə balonlarda gəzir", kinolar çəkirlər... Bəli, gəzirlər də, uçurlar da, çəkirlər də. Sadəcə biz qövm olaraq qərib ölkəyə düşən kimi Roma Papasından daha çox katolik oluruq. İçimizdə elə bil kompleks var ki, birdən bizə "çuşka" deyərlər. Ona görə də sevməyi də, sevişməyi də ifrata çıxarırıq. Davranışı da. Hələ oralardan barmaq silkələyən kim, burnunu tutan kim, "siz nə gündəsiniz" deyən kim. Bu azmış kimi hələ bir film çəkənlər də var. Özü də filmdə azərbaycanlıları təzək edib divara vurmaq məqsədi ilə... Mənə keçmiş nazir qızının məlum mövzuda ərsəyə gətirdiyi filmdə niyə məhz Məhsətinin adından istifadə etməsi qaranlıq qaldı. Madam ki, azad münasibətlərdən, eynicinsli, müasir eşqdən tablo yaradırsınız, qoy qəhrəmanlar da müasir olsun. Rəhmətlik Məhsəti maşın görmüşdü, hocam? Hələ bir orada eşq də yaşasın? İndi "qlamurlar" üstümə hücum çəkib mənə "çuşka" deyəcəklər. Nə yalan deyim, inanmıram Məhsətinin belə bir eşq təcrübəsi olsun. Ən azından ruhuna hörmət edin. İkincisi isə odur ki, görəsən Əbülfəs müəllim vəzifədə olanda, nazir olanda xanım qız niyə belə bir film çəkməmişdi? Sənət idisə, niyə o vaxt yox, indi? Deməli ağsaqqal icazə verməyib o vaxt. İndi isə "qorxusu yoxdur" düşünüb "və motor" əmrini veriblər. Belə baxanda çox elə Suadın vecinədir. Bəlkə elə keçmiş nazirin də vecinə deyil. Amma rəzillikdir. Bəlkə keçmiş nazir qızı düşünüb ki, Azərbaycan qadınları sevginin nə olduğunu bilmirlər və avropalılara sübut üçün bu filmi çəkib? Bəlkə, Suad xanımı bunu çəkməyə məcbur ediblər? Bəlkə nəsə başqa səbəb olub? Niyə birdən-birə Məhsətini əxlaqsız edib ortaya qoyasan ki? Hər nədirsə istənilən cinayətin motivi var. Bu film də nəyinsə cavabıdır. Nəyinsə acığıdır. Amma nə məsələdirsə, bu məmləkətdə elə bu qövmdən olan insanlar xalqa, millətə acıq verirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər