Siyasət
Hikmət Babaoğlu: "Radikal müxalifətin iç üzü bir daha açılmış oldu"
"Azərbaycanda mövcud olan radikal müxalifət ideologiyanı, siyasəti, obyektiv fikri və gerçək milli maraqlarımızı manipulyasiya etdiyi kimi, xaricdə yaşayan azərbaycanlıların sayı ilə bağlı statistikanı da həmişə manipulyasiya predmetinə çevirib". Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, bu qüvvələr hər dəfə ölkəmizdə seçkilərin demokratik keçirilməsinə kölgə salmaq, Azərbaycanı sevməyən güc mərkəzlərinə ölkəmiz əleyhinə arqumentlər vermək üçün Rusiyada iki milyondan çox azərbaycanlının yaşadığını iddia ediblər: "Guya onların seçkidə iştirak etməsinə məhdudiyyətlərin yaradılması və səslərin başqa istiqamətlərdə yönləndirilməsi ilə bağlı əsassız iddialar səsləndiriblər". "Bu gün bəlli olur ki, 2025-ci ildə aparılan statistikaya görə, Rusiyada rəsmi qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı 200 mindən çoxdur. Belə olan halda, radikal müxalifətin iç üzü bir daha açılmış olur və onların siyasətinin milli maraqların lehinə yox, Azərbaycan dövlətçiliyinin əleyhinə yönəlməsi cəhdləri bir daha ifşa edilir. Ona görə də düşünürəm ki, siyasi mədəniyyət baxımından, bugünkü vəziyyət onu tələb edir ki, dəfələrlə bənzər fikir səsləndirənlər ya Azərbaycan cəmiyyətindən üzr istəməli, ya da siyasi fəaliyyətlərindən geri durmağı bacarmalıdırlar. Çünki Azərbaycan siyasətində yeni tarixi mərhələdə manipulyasiya və dezinformasiyaya yer yoxdur". Mərahim Nəsib
Mənbə
oxu.az
Oxşar Xəbərlər