Siyasət
İrəvan xanının nəvəsi: "Beynəlxalq platformalarda səsimizin eşidilməsi çox mühümdür"
"Qərbi Azərbaycan İcmasının tədbirində iştirak etmək mənim üçün olduqca önəmlidir. Çünki bura mənim dədə-baba torpağımdır". Bu sözləri Oxu.Az-a açıqlamasında sonuncu İrəvan xanı Həsən xanın nəvəsi, professor Turhan Turqut deyib. Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" adlı beynəlxalq konfrans çərçivəsində deyib. "Mənim ailəm 1918-ci ilin mayında Ermənistandan deportasiya edilib. Ona görə də beynəlxalq platformalarda yaşadıqları torpaqlardan məcburi köçürülən Qərbi Azərbaycan xalqının səsinin eşidilməsi çox mühümdür. Yəni haqqımızın əlimizdən alındığını, mübarizəmizi davam etdirəcəyimizi göstərmək üçün bu kimi konfranslar çox əhəmiyyətlidir. Mən İrəvanda olmamışam, amma getməyi çox istəyirəm. Ümid edirəm ki, bu arzumuz reallaşacaq", - deyə professor vurğulayıb.
Mərahim Nəsib
Mərahim Nəsib
Mənbə
oxu.az
Oxşar Xəbərlər