Siyasət
Almaniyalı nümayəndə: "Azərbaycanın mədəni irsinin məhv edilməsi təsadüfü hadisə deyil"
"Azərbaycanlıların qayıdış hüququ sadəcə regional deyil, bəşəri məsələdir". Oxu.Az xəbər verir ki, bunu Almaniyanın BWA Qlobal İqtisadi Şəbəkə direktoru Emil Unkauf Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" adlı beynəlxalq konfrans çərçivəsində baş tutan "Beynəlxalq əməkdaşlıq: qlobal dəstəyin səfərbər olunması" adlı panel müzakirələrdə çıxışı zamanı deyib. O bildirib ki, Avropanın cari siyasi düzəni tələb edir ki, insanlar dinc, mədəni şəkildə öz dədə-baba yurdlarına dönsünlər: "Azərbaycanın mədəni irsinin məhv edilməsi sadəcə təsadüfü hadisə deyil. Bu, mədəni mənada insanların tarixinin məhv edilməsidir. Mədəni abidələrin qorunması və bərpasına ikinci dərəcəli iş kimi baxılmamalıdır. Barışıq daha geniş icmanın etimad prosesini əhatə edir. Mədəni təşkilatlar da resurslarını səfərbər etməlidirlər. Xəritələr hazırlanmalı, onlar rəqəmsallaşdırılmalıdır. Vətəndaş cəmiyyətləri, həmçinin parlamentlərarası dostluq qrupları da qayıdış hüququnun təmin edilməsində böyük rol oynaya bilərlər. Konfransların, dəyirmi masalaların təşkili, ekspert mübadiləsi, mədəni irsin bərpasına kömək edəcək". E.Unkauf əlavə edib ki, azərbaycanlıların tarixi torpaqlarına qayıtması təməl haqlarıdır və burada hansısa revanş hissindən söhbət getmir. Aqil Vəlili
Mənbə
oxu.az
Oxşar Xəbərlər