İdman
Sneyder Ramosun dünya çempionu olduğu formanı fantastik qiymətə satdı - Foto
Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder İspaniya millisinin keçmiş müdafiəçisi Serxio Ramosun formasını hərracda satıb. Oxu.Az "AS" nəşrinə istinadən xəbər verir ki, Ramosun 2010-cu ildə dünya çempionu olarkən geyindiyi forma Braziliyada keçirilən hərracda satılıb. Həmin forma son vaxtlaradək Sneyderin şəxsi kolleksiyasında saxlanılıb. Niderlandlı futbolçu DÇ-2010-un finalında İspaniya millisinə 0:1 hesabı ilə məğlub olduqdan sonra Ramosla forma dəyişib. O, tünd göy rəngli formanın satışından 65 126 avro əldə edib. Uzunqollu, 15 nömrəli forma əla vəziyyətdədir. Formanın üzərindəki bütün orijinal loqolar, nişanlar və yazılar qorunub saxlanılıb. Sneyder həmin finalda özünün geyindiyi formanı da hərraca çıxarıb. Forma beş min avrodan bir qədər yüksək məbləğə satılıb.
Mənbə
oxu.az