Digər
2026-cı ilin ən dəbli cütlükləri açıqlandı
"Vogue" jurnalının Britaniya versiyası 2026-cı ilin ən dəbli cütlüklərinin reytinqini dərc edib. Oxu.Az xəbər verir ki, siyahı moda nəşrinin rəsmi saytında yayımlanıb. Reytinqin ilk pilləsində Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middlton qərarlaşıblar. Nəşrin redaktorları Uels şahzadəsi Keyt Middltonun geyimlərində qlamur və mühafizəkar üslubları uğurla uzlaşdırmaq bacarığını yüksək qiymətləndiriblər. "Onun zərif gecə libasları hər zaman heyranlıq doğurur. Xüsusilə də bu libasları ailə arxivindəki parlaq aksessuarlarla tamamlayaraq şahzadə Uilyamla birlikdə göründükdə", - deyə reytinqin müəllifləri qeyd ediblər. Bundan əlavə, moda ekspertləri müğənni Dua Lipa və onun yeni evləndiyi aktyor Kalum Törnerin geyim tərzini də xüsusi vurğulayıblar. "Onun "Chanel" tərəfindən hazırlanan gəlinlik obrazı, şübhəsiz ki, bu ilin ən yaxşılarından biri olub. Kutyur libası Matye Blezinin gəlinlik modasında nəyə qadir olduğunu nümayiş etdirib. 2026-cı ilin ən dəbli bəyi adına isə "Louis Vuitton" kostyumunda "hə" deyən Kalum Törner layiq görülüb", - deyə jurnalistlər bildiriblər.
Mənbə
oxu.az