İdman
"Yuventus" "Omoniya"nı darmadağın etdi - Video
UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda "Yuventus" doğma meydanda "Omoniya"ya 4:1 hesabı ilə qalib gəlib. Oxu.Az xəbər verir ki, Turin təmsilçisinin heyətində Andrea Kambyaso (37-ci dəqiqə), Cef Ehtor (43), Fransişku Konseysau (68) və Ceremi Boqa (73) fərqləniblər. Qonaqların yeganə qolunu isə 15-ci dəqiqədə Lyubomir Satka vurub. Bu qələbədən sonra xallarının sayını 13-ə çatdıran "Yuventus" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Altı xalı olan "Omoniya" isə 25-ci yerdədir.
Mənbə
oxu.az