Digər

Tanınmış aparıcı Firuzə Cəlilovanın evinə silahlı basqın edildi - Anbaan görüntülər

27 Nov 2026, 03:02 5 baxış
Tanınmış aparıcı Firuzə Cəlilovanın evinə silahlı basqın edildi - Anbaan görüntülər
Aparıcı Firuzə Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evinə basqın edilib. Oxu.Az xəbər verir ki, bu barədə aparıcı özü məlumat yayıb. Onun sözlərinə görə, hadisə noyabrın 26-da saat 22 radələrində baş verib. Beş avtomobillə əraziyə gələn təxminən 15 nəfərdən ibarət naməlum şəxsin evə basqın etdiyi iddia olunur. Bildirilib ki, hadisə zamanı evdən üç mobil telefon, ümumi dəyəri təxminən 30 min manat olan qədim boyunbağı, bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar oğurlanıb. Firuzə Cəlilova hadisədə iştirak etdiyi ehtimal olunan avtomobillərdən dördünün dövlət qeydiyyat nişanını da açıqlayıb: - 99-ME-666; - 90-ME-007; - 90-YA-094; - 10-CE-025. Aparıcı hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin araşdırılmasını, şübhəli şəxslərin müəyyənləşdirilməsini və oğurlanan əşyaların geri qaytarılmasını istəyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər