Dünya
Almaniyada keşişin cinsi zorakılığına məruz qalmış qadına rekord təzminat ödəniləcək
Köln arxiyepiskopluğunun üzərinə Katolik Kilsəsinin keşişi tərəfindən cinsi zorakılığa məruz qalmış qadına 550 min avro (təxminən bir milyon manat - red.) təzminat ödəmək öhdəliyi qoyulub. Oxu.Az "Tagesspiegel" qəzetinə istinadən xəbər verir ki, bu, Almaniyada Katolik Kilsəsinin nümayəndəsi tərəfindən cinsi zorakılığa məruz qalmış şəxsə məhkəmə tərəfindən təyin edilən ən böyük təzminat məbləğidir. Məhkəməyə müraciət edən 60 yaşlı Almaniya vətəndaşı 1970-1980-ci illərdə həmin keşişin himayəsində olub və dəfələrlə onun cinsi zorakılığına məruz qalıb. Keşiş 2022-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edilib. Qadın arxiyepiskopluqdan 830 min avro (təxminən 1,5 milyon manat - red.) təzminat tələb etsə də, regional məhkəmə əvvəlcə iddianı təmin etməyib. Lakin Köln Ali Regional Məhkəməsi arxiyepiskopluğun qadına 550 min avro təzminat ödəməsi barədə qərar çıxarıb. Bununla belə, təzminat məbləğindən qadının əvvəllər Katolik Kilsəsinin zərərçəkənlərə ödənişlər üzrə Müstəqil Komissiyasından aldığı 360 min avro (təxminən 671 min manat - red.) çıxılacaq.
Mənbə
oxu.az
Oxşar Xəbərlər