İdman
"Trabzonspor" Bolqarıstanda möhtəşəm geridönüşə imza atdı - Video
UEFA Konfrans Liqasının əsas mərhələsinin IV turunda Türkiyənin "Trabzonspor" komandası Bolqarıstanın "ÇSKA Sofiya" klubunu səfərdə 1:2 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, meydan sahibləri 32-ci dəqiqədə Kabralın avtoqolu sayəsində hesabda önə keçiblər. "Trabzonspor" 69-cu dəqiqədə Məhəmməd Salahın qolu ilə hesabı bərabərləşdirib. Görüşün 90+3-cü dəqiqəsində isə Saviolonun vurduğu qol Türkiyə təmsilçisinə qələbə qazandırıb.
Mənbə
oxu.az