Dünya

Braziliyada itkin düşən 74 yaşlı kişi 11 gün sonra cəngəllikdən sağ tapıldı

23 Nov 2026, 13:38 3 baxış
Braziliyada itkin düşən 74 yaşlı kişi 11 gün sonra cəngəllikdən sağ tapıldı
Braziliyada altsheymer xəstəliyindən əziyyət çəkən 74 yaşlı Janarino Ferreyra duş Santuş 11 gün Amazon cəngəlliklərində qaldıqdan sonra sağ tapılıb. Yaşlı kişi itkin düşdüyü ərazidən təqribən 10 kilometr məsafədə aşkarlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb. Bu müddətdə o, yabanı meyvələrlə qidalanıb və təbii mənbələrdən su içib. Həmçinin gecələmək üçün palma yarpaqlarından özünə yataq düzəldib. Xilasedicilər ayaq izlərinə əsasən kişinin meşədə eyni istiqamətlər üzrə dairəvi şəkildə hərəkət etdiyini müəyyənləşdiriblər. Tapılan zaman onun əynində yalnız alt paltarı olub. Təqaüdçü xilas edildikdən sonra tibb müəssisəsinə çatdırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər