Cəmiyyət

Kürdə və Qudyalçayda batanların axtarışları davam edir

23 Nov 2026, 13:20 4 baxış
Kürdə və Qudyalçayda batanların axtarışları davam edir

Noyabrın 22-də Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində batdığı ehtimal olunan 1963-cü il təvəllüdlü Yaqub Telman oğlu Məmmədovun və Qudyalçayın Quba rayonundan keçən hissəsində batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradovun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.


Axar.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.


Hazırda vətədaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlərdə davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər