Siyasət

İtaliyanın Azərbaycanla əməkdaşlıq planı: Hədəfdə hansı sahələr var?

23 Nov 2026, 11:00 7 baxış
İtaliyanın Azərbaycanla əməkdaşlıq planı: Hədəfdə hansı sahələr var?
"İtaliya və Azərbaycan arasında ikinci strateji istiqamət infrastruktur, nəqliyyat və logistika sahələridir". Oxu.Az xəbər verir ki, bu fikirləri İtaliya Sənayeçiləri Konfederasiyasının (Confindustria) Kiçik Sənaye bölməsinin vitse-prezidenti Fausto Mazzali Azərbaycan-İtaliya Biznes Forumunda deyib. O bildirib ki, TAP layihəsi əməkdaşlığımızın əhəmiyyətini, eləcə də Azərbaycanın İtaliya və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni nümayiş etdirir:"Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi dəmir yolu, liman və avtomobil yolu bağlantılarının, logistika mərkəzlərini və müxtəlif nəqliyyat növlərini birləşdirən intermodal platformaların inkişafı üçün mühüm imkanlar yaradır. İtaliya şirkətləri irimiqyaslı mühəndislik layihələrindən və infrastrukturun layihələndirilməsindən tutmuş nəqliyyat və logistika sistemlərinin rəqəmsallaşdırılmasına qədər geniş sahələrdə öz təcrübələri ilə bu prosesə töhfə verə bilərlər". Onun sözlərinə görə, kritik əhəmiyyətli xammal materialları və metallurgiya sahələrinə gəldikdə isə burada daha dolğun sənaye dəyər zəncirlərinin formalaşdırılmasına mühüm dəstək göstərə bilər: "Bu əməkdaşlıq mineral ehtiyatlardan səmərəli istifadə və onların iqtisadi dəyərinin artırılmasından başlayaraq materialların emalına qədər müxtəlif mərhələləri əhatə edə bilər. Bununla da Azərbaycanda daha səmərəli və yüksək əlavə dəyər yaradan yerli istehsalın inkişafına şərait formalaşa bilər. Bundan əlavə, avtomatlaşdırma, robototexnika, elektronika, süni intellekt və istehsal proseslərinin rəqəmsallaşdırılması məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılması baxımından həlledici əhəmiyyət daşıyır".
Mənbə oxu.az

Oxşar Xəbərlər