Şou biznes
63 yaşlı Kventin Tarantino üçüncü dəfə ata olub
63 yaşlı amerikalı kinorejissor Kventin Tarantino və 43 yaşlı israilli müğənni və model həyat yoldaşı Daniella Pik üçüncü dəfə valideyn olublar. Oxu.Az "People" jurnalına istinadən xəbər verir ki, cütlüyün oğlu dünyaya gəlib. Qeyd edək ki, Tarantino və Pik 2009-cu ildə tanış olublar, səkkiz il sonra isə nişanlandıqlarını elan ediblər. Cütlük 2018-ci ildə Los-Ancelesdə ailə qurub. Onların artıq iki övladı var: altı yaşlı Leo və dörd yaşlı Adriana. Ailə hazırda Təl-Əvivdə yaşayır. Kventin Tarantino "Kriminal qiraət", "Quduz itlər", "Billi öldürmək", "Azad edilmiş Canqo" və "Bir zamanlar... Hollivudda" filmlərinin rejissoru kimi tanınır.
Mənbə
oxu.az