Dünya
Çində robotların rəqsi "Ginnesin Rekordlar Kitabı"na düşdü - Foto/Video
Çinin Şençjen şəhərində küçədə sinxron rəqs edən 151 robotun çıxışı "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb. "Ginnesin Rekordlar Kitabı"nın rəsmi nümayəndəsi iştirakçıların sayının əvvəlki rekordu - 110 robotu geridə qoyduğunu təsdiqləyib.
Təqdimat Şençjen şəhərində keçirilən 33-cü APEC sammiti çərçivəsində təşkil olunub. Rəqs edən robotlar qrupuna "EngineAI" şirkətinin istehsalı olan, insan boyunda T800 humanoid robotu rəhbərlik edib. T800-ün hündürlüyü 1.73 metr, çəkisi isə təxminən 75 kiloqramdır. Robot mürəkkəb və dinamik hərəkətləri yerinə yetirmək qabiliyyətinə malikdir. Bu, humanoid robotların dünya rekordunun müəyyənləşdirilməsində iştirak etdiyi ilk hadisədir. T800 robotları əyləncə sənayesi, sərgilər, ağıllı yol hərəkətinin idarə edilməsi, kommersiya xidmətləri, sənaye istehsalı, elmi tədqiqatlar və təhsil də daxil olmaqla, müxtəlif sahələrdə istifadə üçün nəzərdə tutulub.

Mənbə
oxu.az