Kriminal
Beyləqanda avtomobil arxa aşıb, ölən var
Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, avtoqəza rayonun Baharlı qəsəbəsində qeydə alınıb. Arif Məhəmməd oğlu Aslanov VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi su arxına aşıb. Nəticədə sürücü ölüb, maşında olan sərnişin - 1967-cı il təvəllüdlü Beyləqan rayon sakini Həbib Şəmil oğlu Kərimov isə müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə
oxu.az