Digər
"Vredestein" də Azərbaycanda "Radius"u seçdi - Foto
Beynəlxalq şin istehsalçısı "Apollo Tyres Ltd" ilə "Radius" arasında imzalanmış rəsmi tərəfdaşlıq müqaviləsi əsasında Avropanın nüfuzlu şin brendlərindən biri olan "Vredestein" Azərbaycan bazarına daxil olur. Müqavilə "Vredestein" brendinin minik avtomobilləri, kənd təsərrüfatı texnikası və kommersiya furqonları üçün nəzərdə tutulmuş şinlərini əhatə edir. "Radius" çoxmarkalı şin pərakəndə satışı və servis fəaliyyəti həyata keçirir. Şirkət Bakı və Gəncədə yerləşən məntəqələr də daxil olmaqla satış və xidmət məntəqələri, distribusiya mərkəzi və onlayn platforması vasitəsilə fərdi avtomobil sahiblərinə və korporativ müştərilərə xidmət göstərir. Hazırda Bakıda daha iki, Sumqayıtda isə bir məntəqə inkişaf mərhələsindədir. "Radius"un xidmətlərinə şinlərin quraşdırılması, təkər bucaqlarının tənzimlənməsi, şin hoteli (şinlərin mövsümi saxlanması) və şinlər üzrə çox sayda digər ixtisaslaşmış xidmət daxildir. Şirkətin beynəlxalq brendlərlə əməkdaşlıq təcrübəsi, müştərilərlə birbaşa əlaqələri və inkişaf etmiş pərakəndə satış şəbəkəsi "Vredestein"in Azərbaycan bazarında öz mövqeyinin möhkəmlənməsinə və brendin tanınmasının artırılmasına imkan yaradacaq. "Azərbaycan bazarına daxil olmaq Avropa üzrə genişlənmə strategiyamızda mühüm addımdır. Bu, Vredestein brendinin coğrafi əhatəsini genişləndirməklə yanaşı, yeni müştərilərə xidmət göstərmək üçün əlavə imkanlar yaradır. Radius yerli bazar haqqında dərin biliklərə, formalaşmış pərakəndə satış şəbəkəsinə və brendimizin dəyərləri barədə aydın təsəvvürə malikdir. Birgə məqsədimiz peşəkar məsləhət və yüksək müştəri xidməti standartlarına əsaslanaraq Azərbaycan bazarında güclü və uzunmüddətli mövqe formalaşdırmaqdır", - deyə "Apollo Tyres Ltd" şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə vitse-prezidenti İv Puliken bildirib. "Vredestein" brendinin Azərbaycanda təqdimatı onun strateji inkişaf bazarlarında mövcudluğunun genişləndirilməsi istiqamətində mühüm addımdır. Zəngin Avropa irsi, qabaqcıl texnologiyaları və təsdiqlənmiş yüksək performans göstəriciləri ilə "Vredestein" azərbaycanlı istehlakçıların dəyişən ehtiyaclarını qarşılamaq üçün əlverişli mövqedədir. Yerli bazarı dərindən tanıyan və müştəri məmnuniyyətinə xüsusi önəm verən nüfuzlu tərəfdaşımız "Radius"la bu əməkdaşlığa başlamaqdan qürur duyuruq. "Radius"un geniş bazar təcrübəsi və yüksək xidmət standartlarına sadiqliyi onu "Vredestein" brendinin Azərbaycanda təmsil olunması üçün ideal tərəfdaşa çevirir. Əminik ki, birgə səylərimiz nəticəsində ölkə üzrə avtomobil sahiblərinə güclü məhsul təklifi təqdim edə biləcəyik", - deyə "Apollo Tyres Ltd" şirkətinin Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Türkiyə üzrə rəhbəri Ancelo Şelton Uilyam Niqli qeyd edib. "Radius"un fundamental strateji öhdəliyi qlobal miqyasda tanınan şin markalarını və dünya səviyyəli ixtisaslaşmış avtomobil servis xidmətlərini uzunmüddətli perspektivdə azərbaycanlı avtomobil sahibləri üçün əlçatan etməkdir. "Vredestein" brendini portfelimizdə əlavə etməkdən xüsusi qürur duyuruq. Əminik ki, qabaqcıl texnologiya ilə özünəməxsus dizaynın vəhdətini təmsil edən bu məhsullar azərbaycanlı sürücülərə estetik zövqün və təhlükəsizliyin müstəsna birləşməsini təqdim edəcək", - deyə "Radius"un direktoru Elnur Məmmədov əlavə edib.
Mənbə
oxu.az