İdman

"Xankəndi" stadionunda təmirdən sonra ilk rəsmi oyun...

19 Nov 2026, 09:47 2 baxış
"Xankəndi" stadionunda təmirdən sonra ilk rəsmi oyun...

Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək.


Axar.az xəbər verir ki, sözügedən araneda I Liqanın "Xankəndi" - "Karvan-Yevlax" oyunu baş tutacaq.


VIII turun qarşılaşmasını baş hakim Kamranbəy Rəhimov idarə edəcək.


Yevlax təmsilçisi turnir cədvəlində 13 xalla dördüncü, ev sahibləri isə 6 xalla yeddinci sırada yer alıblar.


Xatırladaq ki, Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Mənbə axar.az

Oxşar Xəbərlər