Dünya
BMW böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - Foto
BMW bir neçə ildir ki, premium avtomobillərin qlobal satış həcminə görə "Mercedes-Benz"i qabaqlayır. Şirkətə liderliyini qorumaqda model sırasının genişmiqyaslı yenilənməsi kömək edir. Oxu.Az bu barədə "Motor1" nəşrinə istinadən xəbər verir.
BMW 2027-ci ildə kompakt elektrik avtomobili i1-dən tutmuş M seriyasına aid idman modellərinə və lüks flaqman avtomobillərə qədər bir sıra yeniliklər təqdim etməyi planlaşdırır.
Yeni "BMW i1" markanın ən əlçatan elektrik avtomobili olacaq. İlkin məlumatlara görə, model ayrıca elektrik platforması və arxa ötürücü sistemlə təchiz ediləcək. Təqdimatın 2027-ci ilin ikinci yarısında keçirilməsi gözlənilir. Satışlara isə 2028-ci ildə başlanıla bilər.
Elektrik mühərrikli "iX1" ayrıca platforma, daha səmərəli akkumulyatorlar, artırılmış yürüş məsafəsi və təkmilləşdirilmiş enerji doldurma sürəti ilə yeni nəslə keçəcək. Benzin mühərrikli X1 isə yalnız restaylinqdən keçiriləcək. Yenilənmiş X2 və "iX2" modellərinin mövcud arxitekturanı qoruyacağı, lakin iri mərkəzi ekranla təchiz edilmiş yeni interyerə sahib olacağı ehtimal edilir.
2027-ci ildə BMW elektrik mühərrikli "i3 Touring" universalını da təqdim edəcək. Model i3 sedanının daha praktik alternativi olacaq. Onun sedanın əsas texniki göstəricilərini qoruyacağı, həmçinin "M Performance" və "M" idman versiyalarının hazırlanacağı gözlənilir. Avtomobilin əsas satış bazarının Avropa olacağı ehtimal edilir.
Ən mühüm yeniliklərdən biri BMW-nin ilk tam elektrik mühərrikli M3 modeli olacaq. Avtomobil dörd elektrik mühərriki, xüsusi akkumulyator, ötürmələrin dəyişdirilməsini imitasiya edən sistem və süni mühərrik səsi ilə təchiz ediləcək. Modelin gücünün təxminən 800 at qüvvəsi olacağı gözlənilir. Satışlara 2027-ci ilin ikinci yarısında başlanılması planlaşdırılır. Bununla yanaşı, BMW benzin mühərrikli M3 modelinin istehsalını davam etdirəcək. Altısilindrli, 3,0 litrlik mühərriklə təchiz edilən yeni nəsil 2028-ci ildə təqdim oluna bilər. Daha sonra eyni dördmühərrikli güc qurğusuna və faydalı tutumu 100 kVt·saatdan çox olan akkumulyatora malik elektrik mühərrikli "BMW X3 M" modelinin təqdimatı gözlənilir. Şirkət benzin mühərrikli X3 M modelinin istehsalını bərpa etməyi planlaşdırmır. Eyni texniki baza əsasında daha idman üslublu elektrik mühərrikli X4 M də hazırlanacaq. Bu model kupe formalı krossoverin varisi olacaq və onun da benzin mühərrikli versiyası nəzərdə tutulmur.
"BMW 5 Series" ailəsi də ciddi şəkildə yenilənəcək. Sedan, universal, elektrik mühərrikli i5 və hibrid M5 modelləri "Neue Klasse" üslubunda yeni interyerə sahib olacaqlar. Ənənəvi fırlanan "iDrive" idarəetmə düyməsini böyük sensor ekran və ön şüşənin bütün eni boyunca uzanan proyeksiya displeyi əvəz edəcək. i5 mövcud platformasını qoruyacaq, lakin "Rimac" şirkətinin iştirakı ilə hazırlanmış təkmilləşdirilmiş akkumulyatorlarla təchiz oluna bilər.
2027-ci ildə BMW-nin flaqman krossoveri X7-nin ikinci nəsli təqdim ediləcək. İlk dəfə olaraq modelin tam elektrik mühərrikli "iX7" versiyası da satışa çıxarılacaq. Hər iki avtomobil iri radiator barmaqlığını və ikihissəli faralarını qoruyacaq. Salonda isə çoxsaylı ekranlar və avtomatik qapılar yer alacaq. Daha sonra "Mercedes-Maybach GLS" ilə rəqabət aparacaq lüks "Alpina" versiyasının da təqdim edilməsi gözlənilir.
Digər yenilik "BMW Alpina 7 Series" olacaq. Bu, "Mercedes-Maybach" və "Bentley" modelləri ilə rəqabət aparmaq üçün nəzərdə tutulan flaqman sedanın daha dəbdəbəli versiyasıdır. Avtomobil xüsusi V8 mühərriki, elektrik modifikasiyası, eksklüziv kuzov rəngləri və markaya məxsus 20 millibli təkər diskləri ilə təchiz ediləcək. V12 mühərrikinin geri qayıtması gözlənilmir. Şayiələrə görə, BMW altısilindrli mühərrikə malik daha əlçatan versiyanın istehsalını da nəzərdən keçirir.

Mənbə
oxu.az