Kriminal

Dəhşətli qəzada ölənlər tanınmış şəxsin oğlu və nəvələri imiş - Foto

19 Nov 2026, 09:44 1 baxış
Dəhşətli qəzada ölənlər tanınmış şəxsin oğlu və nəvələri imiş - Foto
Qazax rayonunda dörd nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində həlak olanlardan üçünün tanınmış aşıq Hüsən Şəmistanoğlunun ailə üzvləri olduğu bildirilir. Oxu.Az xəbər verir ki, qəza nəticəsində aşığın oğlu Sənan Dərgahquliyev və iki azyaşlı nəvəsi həyatını itirib. Xatırladaq ki, ötən gün saat 19:30-da rayonun Aslanbəyli-Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun sükanı arxasında olduğu 99-RU-835 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobillə Sənan Hüseyn oğlu Dərgahquliyevin idarə etdiyi 10-NB-330 dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki sürücü və "Tofaş" markalı avtomobilin iki azyaşlı sərnişini həyatını itirib. Həmin avtomobildə olan qadın sərnişin isə xəsarət alıb.
{{gallery}}
Dəhşətli qəzada ölənlər tanınmış şəxsin oğlu və nəvələri imiş - Foto Dəhşətli qəzada ölənlər tanınmış şəxsin oğlu və nəvələri imiş - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər