İdman
Belçika İtaliyanı darmadağın etdi: Millətlər Liqasında günün digər nəticələri - Video
UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda İtaliya millisi Belçikanın qonağı olub. Oxu.Az xəbər verir ki, A Liqasında keçirilən qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı İtaliya millisi açsa da, belçikalılar ardıcıl dörd qol vuraraq inamlı qələbə qazanıblar.
11-ci dəqiqədə Françesko Pio Espozito İtaliya millisini hesabda önə çıxarıb. Lakin 15-ci dəqiqədə Maksim De Köyper tarazlığı bərpa edib. Ardınca 22-ci dəqiqədə Natan Nqoy, 26-cı dəqiqədə Jeremi Doku və 80-ci dəqiqədə Dieqo Moreyra fərqlənərək Belçikaya böyükhesablı qələbə qazandırıblar. Qrup mərhələsinin yekunlarına əsasən, Belçika millisi 12 xalla A Liqasının I qrupunda ikinci yeri tutaraq turnirin 1/4 finalına vəsiqə qazanıb. İtaliya yığması isə 10 xalla üçüncü pillədə qərarlaşıb. UEFA Millətlər Liqasının 1/4 final qarşılaşmaları 2027-ci ilin martında keçiriləcək. Günün digər nəticələrini təqdim edirik: UEFA Millətlər Liqası A Liqası I qrup: Fransa - Türkiyə - 2:1. III qrup: Xorvatiya - Çexiya - 2:1; İspaniya - İngiltərə - 2:3. C Liqası I qrup: Belarus - Albaniya - 0:2; Finlandiya - San-Marino - 7:2. II qrup: Kipr - Monteneqro - 1:4; Latviya - Ermənistan - 0:0.

Mənbə
oxu.az