Digər

"Xalq Bank"dan 50 min manatadək istehlak krediti 0% komissiya ilə!

05 Nov 2026, 14:10 1 baxış
"Xalq Bank"dan 50 min manatadək istehlak krediti 0% komissiya ilə!
"Xalq Bank" müştərilərinə daha əlverişli şərtlərlə maliyyə imkanlarından yararlanmaq fürsəti təqdim edir. Belə ki, 2027-ci il yanvarın 31-dək davam edəcək kampaniya çərçivəsində müştərilər 50 000 manatadək istehlak kreditini illik 11%-dən başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər. Kampaniya müddətində həm təminatsız, həm də təminatlı istehlak kreditləri üzrə sərfəli faiz dərəcələri təklif olunur. 12 ay müddətinə təqdim olunan kreditlər üzrə komissiya haqqı 0% təşkil edir. Kampaniyadan yararlanmaq üçün müştərilər veb-səhifəsinə keçid edərək onlayn müraciət edə, "XalqOnline" mobil tətbiqi üzərindən sifariş yerləşdirə və ya "Xalq Bank"ın istənilən filialına yaxınlaşa bilərlər. "Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, "138" çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Mənbə oxu.az

Oxşar Xəbərlər