Dünya

ABŞ-nin ilk müsəlman senatoru ermənipərəstdir? - Azərbaycandan reaksiya

05 Nov 2026, 14:52 2 baxış
ABŞ-nin ilk müsəlman senatoru ermənipərəstdir? - Azərbaycandan reaksiya
Amerika Birləşmiş Ştatlarında keçirilən aralıq seçkilər ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcıdır. Konqresdə və Senatda siyasi qüvvələr balansının dəyişməsi, yeni senatorların fəaliyyətə başlaması təbii olaraq müxtəlif maraq qruplarının öz mövqelərini gücləndirmək cəhdlərini də artırır. Tarixdə ilk dəfə müsəlmanın - Misir əsilli Abdul El-Sayedin Senata seçilməsi ABŞ-dəki seçki prosesinin yaddaqalan hadisələrindəndir.
Lakin onun seçki kampaniyası dövründə erməni təşkilatlarının, xüsusilə Amerika Erməni Milli Komitəsinin (ANCA) dəstəyini alması da diqqətçəkən məqamlardandır. Onun daha əvvəllər Azərbaycana ABŞ hərbi yardımını beynəlxalq hüququn pozulması kimi təqdim edən bəyanatı isə Azərbaycan ictimaiyyətində haqlı suallar doğurur.
Hətta bir müddət əvvəl Amerika Azərbaycan Cəmiyyəti bu məsələyə etiraz əlaməti olaraq El-Sayedə məktub ünvalanmış və bu yanaşma ilə hörmət çərçivəsində, lakin qəti şəkildə razılaşmadığını bildirmişdi. Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarında tarixi bir seçki keçirilib: "Ölkədə son zamanlar enerji qiymətləri artıb, əhali narazı idi və Trampın siyasətinə görə demokratlar seçkidə daha çox səs toplayıblar. Senat və Konqres demokratların nəzarətinə keçib". O bildirib ki, bu, daha çox İran müharibəsi ilə bağlı olan prosesdir və ümumiyyətlə Trampın siyasətindən narazı olan əhalinin mövqeyidir: "Eyni zamanda bu proseslərdə ilk dəfə müsəlman senator seçilib. Əbdül El-Sayed Misir kökənlidir. Təbii ki, Senata ilk dəfə müsəlman siyasətçinin seçilməsi də tarixi bir olaydır. Bir tərəfdən biz düşünürük ki, belə bir siyasətçinin olması müsəlman dünyasını daha yaxşı başa düşməyə imkan verəcək, amma eyni zamanda unutmamalıyıq ki, Amerika Birləşmiş Ştatlarında xüsusilə onun seçildiyi Miçiqan ştatında erməni lobbisi çox güclüdür. Nyu-Cersi, Miçiqan, Kaliforniya - bu ştatlarda erməni lobbisi aktivdir və proseslərə müəyyən təsirləri var. Onlar seçki kampaniyası zamanı ianələr verirlər, öz ideologiyasını yeritməyə çalışırlar". "Eşitdiyimə görə bu senator da müəyyən ermənipərəst çıxışlar edib, hansısa bəyanatlar verib. Lakin bizim indi vəzifəmiz ondan ibarətdir ki, belə insanlara reallığı çatdıraq. Çünki 30 ildən çoxdur ki, erməni diasporu, erməni lobbisi yanlış, saxta təşviqat aparır. Amma biz də eyni zamanda çalışmalıyıq ki, öz mesajımızı çatdıraq. Xüsusilə Qarabağda baş verən işğal, orada müsəlman dini abidələrinin dağılması ilə bağlı reallıqları bildirməli və göstərməliyik ki, ermənilər nə qədər vandalizm aktı törədiblər. 65 məscid dağıdılıb. Bu mesajları mütləq çatdırmalıyıq", - deputat vurğulayıb.
ABŞ-nin ilk müsəlman senatoru ermənipərəstdir? - Azərbaycandan reaksiya ABŞ-nin ilk müsəlman senatoru ermənipərəstdir? - Azərbaycandan reaksiya ABŞ-nin ilk müsəlman senatoru ermənipərəstdir? - Azərbaycandan reaksiya ABŞ-nin ilk müsəlman senatoru ermənipərəstdir? - Azərbaycandan reaksiya
Mənbə oxu.az

Oxşar Xəbərlər