ABŞ-a rus dizeli daşıyan tankerlər istiqamətlərini dəyişdi
Rusiyadan ABŞ-a dizel yanacağı daşıyan iki tanker istiqamətini dəyişib.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“ABŞ, Böyük Britaniya və AB-nin sanksiyalarına məruz qalan "Talisman" tankeri artıq təyinat nöqtəsi kimi ABŞ-ın Atlantik okeanı sahillərini göstərmir və istiqamətini Aralıq dənizinə doğru dəyişib. Hazırda Əlcəzair sahillərində olan gəmi "əmrləri gözlədiyi" barədə siqnal ötürür. Bu isə o deməkdir ki, daşınan yük üçün hələ təsdiqlənmiş alıcı və ya təyinat limanı yoxdur.
"Leruo" tankeri siqnalını "Braziliya" olaraq dəyişib. "Agioi Fanendes" adlı üçüncü tanker ABŞ-a doğru səfərini davam etdirir, lakin o da eyni zamanda "əmrləri gözlədiyini" bildirən siqnal ötürür”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, ABŞ-ın Nyu Cersi ştatının hakimiyyət orqanları Rusiyadan dizel yanacağını qəbul edəcəkləri təqdirdə limanları milyonlarla məbləğində cərimələrlə hədələmişdi.