Digər
Tehranda binaların üstündə zenit qurğuları quraşdırıldı - Foto
ABŞ-ın İrana hücum ehtimalı ilə eyni vaxtda Tehranın müxtəlif bölgələrində hava hücumundan müdafiə sistemləri quraşdırılıb.
Axar.az xəbər verir ki, bu haqda yerli sosial media istifadəçiləri paylaşım ediblər.
Paylaşımlarda zenit qurğularının çoxmərtəbəli binaların üstündə yerləşdirildiyi bildirilib.
Qurğuların SEPAH-a məxsus olduğu və bəzi binaların boşaldıldığı iddia edilir.
Mənbə
axar.az