Cəmiyyət
İcbari tibbi sığortada dəyişiklik: Çatışmayan vəsaiti dövlət ödəyəcək
Hərbi və fövqəladə vəziyyət zamanı tibbi xidmətlərə tələbat kəskin artarsa və İcbari Tibbi Sığorta Fondunun vəsaiti xərcləri qarşılamağa çatmazsa, çatışmayan məbləğ dövlət büdcəsindən ödənilə bilər. Oxu.Az xəbər verir ki, bu məsələ "Tibbi sığorta haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Bildirilir ki, hərbi və fövqəladə vəziyyət elan olunması ilə əlaqədar, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edildiyi hallarda tibbi xidmətlərə olan tələbatın kəskin artması nəticəsində İcbari Tibbi Sığorta Fondunun xərclərinin maliyyələşdirilməsində vəsait çatışmazsa, müvafiq xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək. İcbari Tibbi Sığorta Fondunun növbəti il üçün gəlirlərinin proqnozlaşdırılması zamanı fondun cari ilin sonuna olan profisiti xərclərin maliyyə təminatı kimi nəzərə alınacaq.
Mənbə
oxu.az