Digər

Ermənistan AB-nin bu proqramlarına qoşulur

05 Nov 2026, 14:30 3 baxış
Ermənistan AB-nin bu proqramlarına qoşulur

Ermənistanın gömrük sahəsində “Customs” və “Fiscalis” əməkdaşlıq proqramlarında iştirakına dair AB ilə sazişin imzalanması təklifi təsdiqlənib.


Axar.az xəbər verir ki, bu barədə müvafiq qərar noyabrın 5-də Ermənistan hökumətinin iclasında qəbul edilib.


Qeyd olunub ki, proqramlara qoşulma tərəflər arasında texniki əməkdaşlığın, eləcə də Ermənistanın institusional inkişafına töhfə verəcək və ölkənin iqtisadi rəqabət qabiliyyətinin artırılması üçün vasitə olacaq. Proqramlar bir il müddətində - 2027-ci ildə həyata keçiriləcək. Ermənistanın bu proqramlara qoşulması ölkədə Avropa elektron sistemlərinin inkişafına, vergi məlumatlarının mübadiləsinə və erməni vergi müfəttişlərinin təliminə töhfə verəcək. Ermənistanın proqramlara qoşulmaq üçün ödəyəcəyi illik üzvlük haqqı təxminən 80 min avro təşkil edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər