Digər

Zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlandı

04 Nov 2026, 01:26 3 baxış
Zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlandı

Fransanın şərqində yerləşən Besanson şəhərində zərgərlik fabrikinə silahlı basqın edilib. Nəticədə 50 kiloqramadək qızıl və zərgərlik məmulatları oğurlanıb.


Axar.az xəbər verir ki, bu barədə “Franceinfo” radiostansiyası məlumat yayıb.


Məlumata görə, noyabrın 3-də səhər saatlarında beş silahlı şəxs fabrikə daxil olaraq qiymətli əşyaları ələ keçirib və hadisə yerindən qaçıb.


Polis daha sonra cinayətkarların qaçmaq üçün istifadə etdikləri yanmış avtomobili aşkarlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər