Dünya

Aleksandar Vuçiç partiya qərargahında sendviç hazırladı - Video

04 Nov 2026, 02:02 3 baxış
Aleksandar Vuçiç partiya qərargahında sendviç hazırladı - Video
Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç Serb Tərəqqi Partiyasının (STP) qərargahındakı mətbəxdə özü üçün sendviç hazırladığı videonu paylaşıb. Oxu.Az xəbər verir ki, görüntülər onun rəsmi "Instagram" səhifəsində yayımlanıb. Videoda Vuçiç çörəyi qızardır, üzərinə kərə yağı çəkir, daha sonra isə pomidorları doğrayır. O, hazırlıq prosesini şərhlərlə müşayiət edir.

"Burada, partiyada nahar vaxtıdır. Mən, başqalarından fərqli olaraq, sendviç həvəskarıyam. Çörəyi bir az qızartmağı, üzərinə yağ çəkməyi, pendir, bəlkə də salam əlavə etməyi sevirəm. Beləliklə, əla, birinci dərəcəli nahar hazırdır. Serb Tərəqqi Partiyasında hər kəsə şadıq. İndi isə ölkəmizi artıq içəridən dağıtmağa başlayan böyük şərə qarşı mübarizəyə gedirik", - deyə Vuçiç bildirib. Qeyd edək ki, Aleksandar Vuçiç 2017-ci ildən Serbiyanın prezidenti vəzifəsini tutub. O, 2026-cı ilin sentyabrında partiya fəaliyyəti və qarşıdan gələn seçkiyə hazırlığa diqqət ayırmaq zərurətini əsas gətirərək vəzifəsindən istefa verib. Oktyabrın 25-də keçirilmiş parlament seçkisində Vuçiçin rəhbəri olduğu partiya məğlub olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər