Digər

Rusiya Ukraynada AES-i vurdu - Xəbərdarlıq

04 Nov 2026, 01:05 2 baxış
Rusiya Ukraynada AES-i vurdu - Xəbərdarlıq

Rusiya ordusu Xmelnitski Atom Elektrik Stansiyasının (AES) yarımstansiyasına üç pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın baş nazir müavini, energetika naziri Denis Şmıqal Teleqram kanalında məlumat verib.


“Bu cür hərəkətlər təkcə Ukrayna üçün deyil, bütün Avropanın nüvə təhlükəsizliyi üçün təhdid yaradır. Bu, gərginliyin artması istiqamətində ciddi addımdır. Baş verənlər barədə MAQATE-yə məlumat vermişik”, – deyə Şmıqal bildirib.


O qeyd edib ki, G7 ölkələrinin və Avropa Birliyinin səfirləri ilə görüş keçirərək Ukraynaya qarşı kütləvi hücumun nəticələri barədə onları məlumatlandırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər