İdman
Lamin Yamal Mbappenin rekordunu qırdı
"Barselona"nın vingeri Lamin Yamal UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Axar.az "Sports.ru"ya istinadən xəbər verir ki, futbolçu turnirin ümumi mərhələsinin IV turunda "Aston Villa" ilə matçın 7-ci dəqiqəsində hesabı açıb. Bu, onun Çempionlar Liqasındakı 14-cü qolu olub.
Beləliklə, Yamal turnir tarixində yeniyetmə yaşında ən çox qol vuran futbolçu olub. O, bu göstəricidə 13 qolla rekorda sahib olan Kilian Mbappeni geridə qoyub.
Mənbə
axar.az