Dünya
İran dörd ölkəyə Hörmüz boğazından sərbəst keçid imkanı verdi - Foto
İran hökuməti Hindistan, Çin, İraq və Qətəri Hörmüz boğazından gəmilərin keçidinə tətbiq edilən məhdudiyyətlərdən azad edib. Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Əmir Həyat Müqəddəm bildirib.
Onun sözlərinə görə, adıçəkilən ölkələrin gəmiləri artıq Hörmüz boğazından sərbəst keçə bilərlər. Parlamentari ABŞ tərəfinin də həmin ölkələrin gəmilərinin keçidinə mane olmadığını qeyd edib. Müqəddəm xüsusi olaraq vurğulayıb ki, İran Qətərdən gəmilərin boğazdan tranzit keçidinə görə ödəniş almamaq qərarına gəlib. Bu güzəştlərin səbəblərini açıqlayan parlamentari Tehranın danışıqlar apardığını və qəbul edilən hər qərarın konkret əsasının olduğunu bildirib. Onun sözlərinə görə, Hindistanın məhdudiyyətlərdən azad edilməsi İrana dərman vasitələrinin idxalını təmin etmək məqsədi daşıyır. Çinə münasibətdə isə bu addım Tehranın Pekindən siyasi dəstək almaq cəhdi ilə əlaqələndirilir.

Mənbə
oxu.az