Bomba təhlükəsi: İki təyyarə Romaya təcili eniş etdi
"Ryanair" aviaşirkətinə məxsus iki təyyarə bomba qoyulması ilə bağlı anonim məlumatlardan sonra Romanın Fiumicino hava limanında təcili eniş edib.
Axar.az xəbər verir ki, "La Repubblica" qəzetinin məlumatına görə, aparılan yoxlamalar zamanı bomba aşkarlanmayıb.
Buna baxmayaraq, hava limanında bütün zəruri təhlükəsizlik tədbirləri görülüb və Lissabon və Dublindən gələn təyyarələr uzaq ərazidə yerləşdirilib. Nəşr qeyd edib ki, hər iki anonim məlumat bir saat ərzində daxil olub. İki hadisədən birində İtaliya Hərbi Hava Qüvvələrinə məxsus iki qırıcı təyyarə havaya qaldırılıb.
Qeyd edək ki, noyabrın 3-də London, Varşava və Sofiya da daxil olmaqla, digər Avropa hava limanlarında da oxşar hadisələr baş verib.