Dünya
ABŞ-də 30 ildən sonra ilk dəfə: Nyu-Yorkda qızılca xəstəliyindən uşaq öldü
ABŞ-nin Nyu-York ştatında 30 ildən sonra ilk dəfə qızılca xəstəliyindən ölüm halı qeydə alınıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Nyu-York qubernatoru Keti Xokul özünün "X" hesabında məlumat verib. O bildirib ki, Lyuis dairəsində uşaq qızılca xəstəliyindən həyatını itirib. Qubernatorun sözlərinə görə, ştatda 30 ildən sonra qızılcadan ilk ölüm sakinlərin xəstəliklərdən qorunması üzrə əvvəllər əldə edilmiş nailiyyətləri qəsdən ləğv edən federal hökumətin siyasəti ilə əlaqəlidir. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə, bu il ölkədə 4 852 təsdiqlənmiş qızılca xəstəliyi halı qeydə alınıb.
Mənbə
oxu.az