Kriminal

Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dali həbs edildi - Video

03 Nov 2026, 13:45 3 baxış
Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dali həbs edildi - Video
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Məşhur sima hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır. Qeyd edək ki, 66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər