Dünya

Tramp İranla müharibəyə xərclənən 30 milyardı "qəpik-quruş" sayır

03 Nov 2026, 12:36 3 baxış
Tramp İranla müharibəyə xərclənən 30 milyardı "qəpik-quruş" sayır
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlara xərclənən vəsaiti "qəpik-quruş" hesab edir. Oxu.Az xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına bildirib. "Axmaq bir konqresmen "Fox"da, deyəsən, "Fox and Friends" proqramında mənim İranla müharibəyə 30 milyard dollar xərclədiyimi deyib. Bu, cüzi məbləğdir, çünki biz təkcə Venesuelada bundan dəfələrlə artıq pul qazanmışıq", - Tramp deyib. İyunun sonunda Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Rassel Vout Konqresdəki dinləmələrdə ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara 30 milyard dollar xərclədiyini bildirmişdi. Xatırladaq ki, sözügedən müharibə 28 fevral 2026-cı ildə İsrail və ABŞ-nin İrandakı hədəflərə qarşı birgə hücumu ilə başlayıb. Tehran, İsfahan, Kərəc və digər şəhərlərə zərbələr endirilib, İranın ali dini lideri Seyid Əli Xamenei öldürülüb, oğlu Müctəba Xamenei onun yerinə seçilib. İyun ayında tərəflər arasında hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tam sülh mümkün olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər