Cəmiyyət

Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - Video

03 Nov 2026, 13:48 3 baxış
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - Video
Bakı şəhərinin əsas prospektlərindən birində avtobus zolağını göstərən yol xətlərinin silinməsi sürücülərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.

Qeyd edilib ki, avtobus zolağının müəyyən edilməsi üçün yola çəkilən xətlərin boyası aşındığından nişanlanma xətləri, demək olar ki, görünməz hala düşüb. Nəticədə sürücülər hərəkət etdikləri zolağın avtobuslar üçün nəzərdə tutulduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bu isə onların avtobus zolağına daxil olduqlarından xəbərsiz şəkildə hərəkət etmələrinə və nəticədə cərimələnmələrinə səbəb olur. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər