İdman

AFFA "Neftçi"ni fotoqrafına görə cərimələdi

03 Nov 2026, 13:44 3 baxış
AFFA "Neftçi"ni fotoqrafına görə cərimələdi
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının X turunda baş verən qayda pozuntularına görə dörd klub barəsində qərar qəbul edib. Oxu.Az xəbər verir ki, ən böyük cərimələr "Şamaxı" və "Turan Tovuz" klublarına tətbiq olunub. Noyabrın 1-də keçirilən "Şamaxı" - "Neftçi" matçının fasiləsində meydançaya kənar şəxslərin daxil olması meydan sahiblərinə 2 500 manat cərimə bahasına başa gəlib. Bundan başqa, "Neftçi"nin fotoqrafı əsasnamənin tələblərini pozduğuna görə paytaxt təmsilçisi 500 manat ödəyəcək. Oktyabrın 30-da baş tutan "Turan Tovuz" - "Sabah" görüşündən sonra meydançaya kənar şəxsin daxil olması Tovuz klubunun 2 500 manat cərimələnməsi ilə nəticələnib. Həmin matçda beş futbolçusu sarı vərəqə alan "Sabah" isə 700 manat cərimə olunub. Noyabrın 2-də keçirilən "Sumqayıt" - "Şəfa" qarşılaşmasında beş futbolçusu sarı vərəqə alan qonaq komanda da 700 manat cərimə ödəyəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər