Dünya

Tramp Kubaya vaxt qoydu

31 Oct 2026, 21:24 3 baxış
Tramp Kubaya vaxt qoydu
ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb. Onun sözlərinə görə, adadakı mövcud vəziyyət uzun müddət davam etməyəcək. "Bu məsələ iki il yarım ərzində mütləq həllini tapacaq", - deyə Tramp bildirib. Qeyd edək ki, daha əvvəl Tramp İranda hərbi əməliyyatlar başa çatdıqdan sonra "Kuba ilə məşğul olacağına" söz verib. O, administrasiyasının ABŞ Silahlı Qüvvələrinə bir trilyon dollar məbləğində ən böyük investisiyanı yatırdığını da bildirib. Bundan əvvəl Tramp Kubaya qarşı enerji embarqosu tətbiq edib. Nəticədə ölkədə elektrik enerjisi və yanacaq qıtlığı yaranıb.
Tramp Kubaya vaxt qoydu
Mənbə oxu.az

Oxşar Xəbərlər