Digər
İstanbul Fond Birjasının rəhbəri saxlanıldı
İstanbul Fond Birjasının (Borsa İstanbul) baş direktoru Qorxmaz Enes Ərqun “fond istintaqı” çərçivəsində saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Ərqun "cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaq" və "rüşvət almaq" ittihamı ilə saxlanılıb.
Məlumata görə, hazırda istintaq tədbirləri davam edir.
Mənbə
axar.az