Dünya

Qazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı

31 Oct 2026, 22:24 3 baxış
Qazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. Oxu.Az Zakon.kz-yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsində fəal tədbirlər görülür. "Cari ilin oktyabr ayında dövlət orqanları ilə birgə keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində 126 hüquqpozucu və 44 kiçik ölçülü gəmi saxlanılıb. 11.5 kiloqram narkotik vasitə, həmçinin brakonyerlikdə istifadə olunan, ümumi uzunluğu 88 kilometr olan balıq ovu torları müsadirə edilib. Torlarda aşkarlanan nərə və digər balıq növlərinə aid 2 337 balıq təbii yaşayış mühitinə buraxılıb", - deyə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən bildirilib. Qurumun məlumatına görə, 4.5 milyon tengedən (təxminən 16 875 manat) çox inzibati cərimə tətbiq edilib. "Dövlətə dəyməsi mümkün olan 840 milyon tengedən (təxminən 3.16 milyon manat) çox ziyanın qarşısı alınıb", - deyə məlumatda qeyd olunub. Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Qazaxıstan vətəndaşlarını dənizdə müəyyən edilmiş rejimlərə riayət etməyə çağırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər