Dünya

Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olundu

31 Oct 2026, 21:42 4 baxış
Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olundu
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bəhreyndə Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Casim əl-Budeyvi ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə Ararat Mirzoyan özünün "X" hesabında paylaşım edib. Görüş zamanı institusional əməkdaşlığın gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər, həmçinin regional bağlantıları, "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsini, Ermənistanla Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsini, eləcə də Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər